Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 23:48
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Google Play mağazasında dünyanın dörd bir tərəfindəki COVID-19 paylama xəritəsinə girişi təmin edən bir çox proqram ortaya çıxdı.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, belə proqramlardan birinin arxasında kibercinayətkarların gizləndiyi məlum olub.
Virus "DomainTools" mütəxəssisləri tərəfindən aşkar edilib. Mütəxəssislər "koronavirus" sözü istifadə edilən domenlərin sayında nəzərə çarpacaq artım müşahidə ediblər. Bu mənbələrdən biri Android istifadəçilərinə virusun yayılma şəklini izləməyə kömək edəcək "Coronavirusapp" tətbiqini quraşdırmağı təklif edib.
Quraşdırıldıqdan dərhal sonra "Coronavirusapp" 100 dollara ekvivalent miqdarda bitkoin köçürməyin lazım olduğu barədə mesaj nümayiş etdirərək smartfonu blok edib. Bildirilib ki, əks təqdirdə 48 saat ərzində smartfondakı bütün məlumatlar silinəcək. Kibercinayətkarlar vurğulayıblar ki, tətbiq Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən təsdiqlənib. Deyilənə görə, tətbiqin auditoriyası 6 milyon nəfəri ötüb.
DomainTools mütəxəssisləri istifadəçiləri oxşar-oxşar tətbiqlərin yüklənməsi zamanı ayıq olmaları, həmçinin quraşdırıldıqdan sonra tələb etdikləri girişləri diqqətlə izləmələri barədə xəbərdarlıq edir.