Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 01:08
"Barselona"nın futbolçusu İvan Rakitiç yayda "Sevilya"ya qayıda bilər.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi sabiq klubuna dönməyi karyerası üçün ən uyğun variant hesab edir.
"Sevilya" Kataloniya təmsilçisinə 32 yaşlı oyunçu ilə maraqlandığını bildirib. Artıq Rakitiçin meneceri ilə danışıqlar aparıldığı vurğulanıb.
Qeyd edək ki, Rakitiç 2011-2014-cü illərdə "Sevilya"da oynayıb.