Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klub prezidenti bütün futbolçuların müqaviləsini ləğv etdi

Klub prezidenti bütün futbolçuların müqaviləsini ləğv etdi

Tarix: 20 Mart 2020 10:50

Koronavirus pandemiyasının kəskin şəkildə yayıldığı ölkələrdən olan İsveçrənin "Sion" klubu bütün futbolçuların müqaviləsini ləğv edib.

Qol.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Kristian Konstantin ölkədə bütün liqaların təxirə salınmasından sonra oyunçulara maaşlarında endirim olunmasını təklif edib.

Lakin futbolçular buna razı olmayıb. Klub rəhbəri isə bütün futbolçuların sözləşməsini müvəqqəti olaraq pozduqlarını açıqlayıb.

Qeyd edək ki, buna qədər futbolçularının maaşını 50 faiz azaldan ilk klub Şotlandiya təmsilçisi "Harts" olub.
 


Etiketlər:  Klub prezidenti bütün futbolçuların müqaviləsini ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ