Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 23:36
"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqqe "Real"dan icarəyə götürdükləri Xames Rodriqesin gələcəyi ilə bağlı danışıb.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, kolumbiyalı oyunçu ilə bağlı qərarlarını növbəti həftə verəcəklərini deyib: "Xames Rodriqes üçün növbəti həftə "Real"ın nümayədələri ilə görüşəcəyik. Onu almaq hüququmuz var. Ancaq Xamesi alıb satmayacağıq. İnsan alveri "Bavariya"nın üslubu deyil".
Qeyd edək ki, təzminat qiyməti 42 milyon avro olan Rodriqes cari mövsüm 28 matçda 7 qol vurub, 6 qolun ötürməsini verib.