Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 10:52
“Barselona”nın sabiq futbolçusu Aleksandr Qleb komandada Lionel Messiyə olan münasibət barədə danışıb.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2008-2011-ci ildə Kataloniya klubunda oynayan belaruslu futbolçu deyib:
“Məşqdə heç kim ona səsini qaldırmırdı. Qvardiola bir dəfə onu üstünə qışqırdı. Messi topu kənara vurub məşqdən getdi. Bu zaman Xavi ona yaxınlaşıb dedi ki, Pep, sakitləş. O, Messidir. Onun barəsində biz əcnəbilər – Anri, Markes, Qudyonson pıçıltı ilə danışırdıq. O, xüsusi biridir. Hamı başa düşürdü ki, Leo ən yaxşıdır, padşahdır”.