Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 11:33
Koronavirus infeksiyasının ağır forması qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə xarakterizə olunur.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim, Moskvada 40 nömrəli kliniki xəstəxananın baş həkimi Denis Protsenko məlumat verib.
O bildirib ki, ən təhlükəli əlamət tənəffüs çatışmazlığıdır və arterial qanda oksigenin miqdarının azalması səbəbindən ortaya çıxır.
"Ağciyər toxumaları virusa görə çox geniş həcmdə zədələnir və beləliklə də, əsas funksiyasını - oksigenin xaricdən qana ötürülməsini dayandırır", - deyə o bildirib.
Protsenko qeyd edib ki, əksər xəstələrdə koronavirus "parasetamol"un qəbulu ilə öz-özünə keçir.