Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qripdən qoruyan çay

Qripdən qoruyan çay

Tarix: 21 Mart 2020 19:21

Qripdən, digər virus, infeksiyalardan qorunmaq üçün otlar, quru meyvələr, ədviyyatlardan hazırlanan çaylar, dəmələmələrdən geniş istifadə olunur.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, onlardan biri də çoxlu sayda bitki, meyvə qarışığından hazırlanan "Osmanlı çayı" hesab olunur. Osmanlı çayı necə hazırlanır?

Məlumata görə, çay 10 bitki, meyvə qarışığından ərsəyə gəlir. Bu çay qrip başda olmaqla bir çox viruslardan, infeksiyalardan qoruyur.

Tərkibi: Zəncəfil, çökə, mixək, limon, portağal, darçın, alma, kəklikotu, hibiscus çayı (xalq arasında Məkkəgülü) və havlıcan (zəncəfilkimilər fəsliləsindən olan Alpniya bitkisi)

Bu çay ən çox qış aylarında içilir. Qripə və soyuqdəyməyə qarşı ən təsirli vasitə hesab olunur. Balla qarışdırıb içmək daha faydalı sayılır.


Etiketlər:  Qripdən qoruyan çay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ