Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 19:57
Koronavirusa yoluxmuş ağır vəziyyətdə olan xəstələrin əksəriyyəti ürək-ağciyər reanimasiya aparatının köməyi ilə sağalıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu qənaətə yapon həkimləri apardıqları araşdırma nəticəsində gəliblər. Belə ki, bütün ölkə üzrə koronavirusa yoluxmuş ən azı 23 nəfər Ekstrakorporal Membran Oksigenasiya aparatı (ECMO) vasitəsilə müalicə olunub.
ECMO aparatı ürəyin və ağciyərin fəaliyyətinə kömək edir. İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır. Bu aparatla müalicə almış 23 nəfərdən heç biri vəfat etməyib və daha 12 nəfər hazırda onunla müalicə kursu keçərək sağalmaqdadır.