Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 10:16
Kanada və Avstraliya 2020 Tokio Yay Olimpiya Oyunlarına idmançı göndərməyəcəklərini açıqlayıb.
Qol.az xəbər verir ki, hər iki ölkənin Milli Olimpiya komitəsi yaydakı yarışda iştirak etməyəcəklərini açıqlayıb.
Belə bir qərarın verilməsinə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yarışı təxirə salmaqla bağlı tərəddüdləri səbəb olub. BOK prezidenti Tomas Bax bildirilib ki, turnirlə bağlı yaxın 4 həftə ərzində qərar veriləcək.
Bununla belə, o qeyd edib ki, Yaponiyada koronavirusla bağlı vəziyyət müsbətə doğru dəyişir. Buna görə də, o, Yay Olimpya Oyunlarını keçiricəklərinə ümid etdiyini deyib.
Qeyd edək ki, oyunlar 24 iyul – 9 avqustda keçirilməlidir.