Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 20:20
Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, Dövlət Dəniz Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürüb.