Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 21:12
Sidik qaçırma əsasən qadın problemi sayılır. Sidiyi saxlaya bilməmək halı həyat üçün təhlükəli olmasa da ciddi tibbi-sosial və psixoloji bir problemdir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri-iradi sidik ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur. Qadınlarda sidik qaçırma dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı,
habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur.
Bu pozulmanın əsas səbəblərindan biri sidik kisəsinin və sidik yollarının xroniki
iltihablarıdır. Xalq təbabətində bu pozulma ilə mübarizə etmək üçün bir çox vasitələr var. Bunlardan bəzilərini sizə təqdim edirik:
Razyana dəmləməsi
1 x.q. razyananın üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə dəmləyin,süzün. Gündə 2 dəfə yarım stəkan olmaqla için.
Bağayarpağı dəmləməsi
1 x.q. quru bağayarpağı otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün. Gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.
Darçın dəmləməsi
1 darçın çubuğunu xırda doğrayın, üzərinə 1 stəkan qaynar su tökün, zəif
odun üzərinə qoyun, qaynara düşəndə qırağa qoyun, soyudun, gündə 2 dəfə yarım stəkan olmaqla için.