Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 01:00
Bakı. Trend:
Koronavirus infeksiyasına görə təxirə salınan futbol liqalarının bərpa müddəti uzadılıb.
Trend AFFA-nın saytına istinadla xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı artırılıb.
Bunlarla yanaşı, yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da aprelin 20-dək təxirə salınıb.