Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2019 16:36
Bakı. Samir Əli - Trend:
Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub.
Bunu Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, leysan yağışları qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradıb:
“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin