Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

65 yaşdan yuxarı tənha yaşayanlara evdə hansı xidmətlər göstəriləcək?

65 yaşdan yuxarı tənha yaşayanlara evdə hansı xidmətlər göstəriləcək?

Tarix: 24 Mart 2020 14:18

Bakı. Trend:

Ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur.Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Evdə olduqları karantin dövründə onlara nazirliyin sosial xidmət sistemində çalışan sosial xidmətçilər tərəfindən evlərində dəstək və xidmətlər göstəriləcək.

Sosial xidmətçilər hazırda ahıl (yaşı 70-i ötmüş) şəxsləri bu xidmətlərlə təmin edirlər, xüsusi karantin rejimi dövründə 65-70 yaşlı tənha vətəndaşların da evdən bayıra çıxmadan onların bu xidmətlərindən yararlanmalarına şərait yaradılır.

Belə ki, yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər.

Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq.

Sosial xidmətçilər lazımi qoruyucu vasitələrlə təmin olunacaqlar. Onlar tərəfindən bu xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən məsafə saxlanılmaqla həyata keçiriləcək.


Etiketlər:  yaşdan yuxarı tənha yaşayanlara evdə hansı xidmətlər göstəriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ