Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 22:16
Microsoftun keçmiş rəhbəri Bill Qeyts koronavirusdan müalicə ilə bağlı tarix açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, koronavirusla mübarizə üçün 100 milyon dollar bağışlayan Bill Qeyts onlayn sual-cavab tədbirində iştirak edib. Suallardan birinə cavab olaraq bildirib ki, bir ölkə çox uğurlu test tərtib edib virusla mübarizə aparsa və 6-10 həftəlik karantin elan etsə, yoluxanların sayı azalacaq.
Qeyts eyni zamanda bildirib ki, qarşıdakı 18 ay ərzində hər şey yolunda gedərsə, virusa qarşı effektiv, rəsmi təsdiqlənmiş peyvənd tapılacaq. O qeyd edib ki, bunun üçün effektivliyindən əmin olmadığımız yüzlərlə fərqli peyvəndin aşkarlanaraq sınanması mütləqdir.
Xatırladaq ki, ötən il insanlıq tarixinin ən böyük təhlükəsini soruşanlara Bill Qeyts pandemiya cavabını vermişdi.