Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 22:56
Yaponiyanın avtomobil nəhəngi Toyota Türkiyədəki fabrikini bağlayır.
Toyota Türkiyədəki fabrikini bağlayır sözügedən qərarın verilməsinə səbəb koronavirus təhlükəsidir.
Şirkət rəsmiləri Türkiyədəki fabrikin yalnız 2 həftəliyə 21 mart-5 aprel tarixlərində bağlı olacağını bildiriblər.
Ford şirkətinin də Türkiyədəki fabrikinin bağlanması gözləntilər arasındadır. Belə ki, filialın 30 mart-4 aprel tarixləri arasında istehsalı dayandıracağı deyilir. Honda, Renault və TOFAŞ isə hələlik bu barədə açıqlama verməyiblər.
Qeyd edək ki, Volkswagen-dən sonra ikinci ən böyük avtomobil istehsalçısı olan Toyota Avropadakı fabriklərin işini də eyni səbəbdən dolayı dayandırıb.