Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' kuboku təqdim etdi - Şəkillər

''Qəbələ'' kuboku təqdim etdi -  Şəkillər

Tarix: 28 May 2019 23:12

"Qəbələ" qazandığı Azərbaycan kubokunu doğma meydanında azarkeşlərinə bayram tədbiri ilə təqdim edib.

Qarşılanma mərasimi şəhər stadionunda olub. Mərasimi giriş sözü ilə açan Qəbələ rayon icra hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov klubun tarixi haqqında geniş məlumat verib. Daha sonra səhnəyə klubun məşqçisi Sənan Qurbanov və komanda üzvləri azarkeşlərin alqış sədaları altında çıxıblar. Klub rəhbərliyi və futbolçular meydana da daxil olaraq, azarkeşlər qarşısına yollanıblar. Onlar kubok sevincini sadiq fanatlarla bölüşüblər. Sonda Roza Zərgərli və Pərviz Bülbülənin iştirak ilə konsert proqramı təşkil edilib.


Qeyd edək ki "Qəbələ" finalda "Sumqayıt"ı 1:0 hesab ilə məğlub edərək ölkə kubokuna sahib olub.(sportnet.az)






























Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Qəbələ kuboku təqdim etdi Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ