Tarix: 25 Mart 2020 17:22
“Barselona” icarə əsasında “Bavariya”da çıxış edən futbolçusu Felipe Koutinyonu yenidən icarəyə verəcək.
Qol.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Münhen klubunun mövsümün sonunda icarə müqaviləsi başa çatacaq braziliyalı yarımmüdafiəçini birdəfəlik almağı planlaşdırmadığı bildirilir.
Hələlik Koutinyo üçün “Barslelona”ya təklif göndərən başqa klub da olmadığınından Kataloniya təmsilçisinin onu yenidən icarəyə göndərəcəyi qeyd olunub.
Qeyd edək ki, ötən yay "Bavariya"ya keçən Koutinyo bu mövsüm Bundesliqada 19 oyunda 6 qol vurub.