Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 01:16
Bu gün Avropa Liqasının finalında "Arsenal"la qarşılaşacaq "Çelsi"nin oyunöncəsi məşqində xoşagəlməz hadisə baş verib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda olan hazırlıq prosesinin gedişində əvvəlcə komanda üzvləri - Qonzalo İquainlə David Luis mübahisə ediblər. Epizodların birində braziliyalı müdafiəçiyə qarşı kobud oynayan İquain komanda yoldaşından irad eşidib. Bundan sonra tərəflər bir müddət həmin epizodu müzakirə ediblər.
Futbolçularının mübahisə etdiyini görən "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri isə məşqi yarımçıq qoyaraq, əsəbi şəkildə meydançanı tərk edib. Hətta italiyalı mütəxəssis meydandan çıxarkən başında kepkanı iki dəfə yerə ataraq, təpikləyib.
Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.