Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 19:54
Azərbaycan Diasporuna Dəstək Fondu Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə Koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna rəhbər heyəti 1 aylıq əmək haqqının 100% - ni, işçi heyəti isə 50% - ni köçürüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən fəaliyyətə dəstək göstərməkdir.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də ölkəmizdə koronavirusla mübarizə ilə yanaşı, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsi, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılması, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsi, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, tibb sahəsində mütəxəssislərin hazırlanması, təbliğat və maarifləndirmə fəaliyyətinin və digər fəaliyyətlərə yönəldiləcək.
Xatırladaq ki, koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.