Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 07:44
YouTube koronavirusa görə video məzmunun keyfiyyətini aşağı saldıqdan sonra Feysbuk və İnstaqram da həmin təşəbbüsə qoşulub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbuk və İnstaqramda karantin dövründə kompüter şəbəkələrinin yükünü azaltmaq üçün videoların keyfiyyəti aşağı salınıb.
"Şəbəkənin potensial tıxanmasının qarşısını almaq üçün Avropadakı Feysbuk və İnstaqram platformalarının video məzmunun sürətini müvəqqəti olaraq azaldacağıq. İnsanların karantin vaxtı şəbəkələrdən rahat istifadə etmələri üçün tərəfdaşlarla birlikdə işləyirik. Pandemiya zamanı istifadəçilərin əlaqə imkanlarını gücləndirməyə çalışırıq", - deyə Feysbuk sözçüsü qeyd edib.