Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 08:20
Bakı. Trend:
Çinin "Huawei" şirkəti, ABŞ-ın məhkəməsinə müraciət edərək, şirkətin qlobal siyahıya alınması və Amerika istehsalçılarının komponentləri və texnologiyalarını satın almağın qadağan edilməsini konstitusiyaya zidd olduğunu qəbul edilməsini tələb edib.
Məlumata əsasən, "Huawei" artıq ABŞ-a qarşı iddia qaldırıb və həmin qanunun konstitusiyaya zidd olduğu qəbul edilməsinə dair ərizə verməyi planlaşdırır.
Şirkətdə həmin qadağını "ictimai hüquqlardan məhrum edilmə" adlandırıblar.
Huawei ümid edir ki, məhkəmə şirkətə qoyulan qadağanı konstitusiyaya zidd olduğunu elan edəcək və həmin qadağanın icrasının dayandırılması barədə qərar verəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin