Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yalan məlumat yayan qadın məsuliyyətə cəlb olundu

Yalan məlumat yayan qadın məsuliyyətə cəlb olundu

Tarix: 26 Mart 2020 15:06

Bakı. Trend:

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən

məlumata görə, “What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin
şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu
ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli
rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa
yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç
bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks
etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.
Sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində
araşdırmalar başlanılıb. Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə
şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması
müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.
Aparılmış araşdırmalarla E.Məmmədovanın hərəkətlərində İnzibati Xətalar
Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-
telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın
yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən
edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış
materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın
barəsində inzibati həbs qətiimkan tədbiri seçilib.


Etiketlər:  Yalan məlumat yayan qadın məsuliyyətə cəlb olundu


RƏYLƏR