Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Liqaların bərpası ilə bağlı yeni konfrans keçirildi - İlkin tarix bilindi

Liqaların bərpası ilə bağlı yeni konfrans keçirildi - İlkin tarix bilindi

Tarix: 26 Mart 2020 16:42

Martın 24-də Avropanın bütün futbol assosiasiyalarının nümayəndələrinin iştirakı ilə telefon konfransı keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, konfransda hazırkı mövsümün yekunlaşdırılması ilə bağlı ssenarilər müzakirə olunub. Bildirilir ki, nümayəndələrin çoxu mövsümü 30 iyuna qədər başa vuracaqlarına inanırlar. Çempionatların bərpasının ən uzaq vaxtı kimi 15 may tarixi nəzərdə tutulur.

Hazırda vəziyyəti dəyərləndirib təklif hazırlamaq üçün UEFA-nın 2 işçi qrupu var. Avro-2020-nin gələn ilə təxirə salımasına görə klub futbolunun mövsümü yekunlaşdırmaq üçün müxtəlif variantları var. Liqaların bərpası və başa vurulması ilə bağlı qərar səhiyyə qurumları ilə məsləhətləşmələrdən sonra veriləcək.

Milli.Az


Etiketlər:  Liqaların bərpası ilə bağlı yeni konfrans keçirildi İlkin tarix bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ