Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OnePlus şirkəti öz ödəniş sistemini təqdim etdi

OnePlus şirkəti öz ödəniş sistemini təqdim etdi

Tarix: 26 Mart 2020 23:56

Keçən ilin sonunda OnePlus şirkəti bildirmişdi ki, o özünün ödəniş sistemi üzərində çalşır. Beləliklə həmin bəyanatdan 5 ay sonra şirkət özünün ödəniş sistemini təqdim etdi. Bu barədə IThome saytı xəbər verib. Şirkətin ödəniş sistemi OnePlus Pay adını əldə edib və artıq Çində istifadəyə verilib. Lakin sözügedən ödəniş sistemi hələ ki, OnePlus 7T və OnePlus 7T Pro smartfon modellərində aktivdir.

Görünür, bu sistem Google Pay və Samsung Pay ödəniş sistemləri kimi smartfonlarda olan NFC modul sayəsində çalışır. İstifadəçinin bütün kart məlumatları Wallet tətbiqində yerləşirlər. OnePlus Pay ödəniş sisteminin öz rəqibləri ilə müqayisədə nə kimi özəlliklərə sahib olduğu tam aydın deyil. Çox güman ki, OnePlus Pay barəsində daha çox məlumat OnePlus 8 smartfon seriyasının təqdimatı zamanı veriləcək. Qeyd etmək lazımdır ki, OnePlus 8 smartfon seriyasının təqdimatı aprel ayının ortasında baş tutmalıdır.


Etiketlər:  OnePlus şirkəti ödəniş sistemini təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ