Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 01:38
Bakı. Trend:
Gürcüstanda Saçxeri tibb mərkəzinə yerləşdirilən daha bir xəstə müalicə edilərək evə buraxılıb.
Trend-in məlumatına görə, bu barədə mərkəzin meneceri Maya Xeladze xəbər verib.
Onun sözlərinə görə, Saçxeri tibb mərkəzində hazırda üç koronavirusa yoluxmuş xəstəyə müalicə kursu keçirilir.
Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 79-a qədər artıb. Karantin rejiminə 4 346 nəfər, stasionara isə 247 nəfər yerləşdirilib.
Qeyd edilir ki, 79 nəfərdən 11-i artıq sağalıb.