Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 13:44
Bakı. Trend:
İndoneziyada ən fəal vulkan olan Merapi yenidən püskürüb.
Trend-in məlumatına görə, vulkan püskürməsi nəticəsində 5 kilometr hündürlüyədək kül sovrulub.
Hadisə nəticəsində ciddi fəsadlar qeydə alınmasa da, sakinlərə evləri tərk etməmək tövsiyə edilib.
Qeyd edək ki, Merapi vulkanı bu ayın əvvəlində də püskürmüşdü.
2010-cu ildə Merapinin püskürməsi nəticəsində 300-dən çox insan həlak olmuş, 280 min nəfər təxliyə edilmişdi.