Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO)

Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO)

Tarix: 27 Mart 2020 14:28

Bakı. Samir Əli - Trend:

Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Bakı Ağ Şəhərin ərazisindəki küçələrdə xüsusi kommunal texnikalar vasitəsilə mütamadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.

Bakı şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, küçə və prospektlərin kənarları və yollar və səkilər xüsusi dezinfeksiyaedici maddərlə yuyulur. Ağ Şəhərin Xəqani Rüstəmov, Mərkəzi Bulvar, 1-ci Yaşıl Ada və digər təhvil verilmiş küçələri də xüsusi diqqət mərkəzində saxlanılır.

Ağ Şəhər ərazisindəki parklar, bağlar və uşaq meydançalarında da dezinfeksiya tədbirləri görülür.

Mülki və Mənzil Məcəlləsinə əsasən Mənzil Tikinti Kooperativlərinin idarə etdikləri binalarda dezinfeksiya işləri istismar qrupları tərəfindən payçıların vəsaiti hesabına həyata keçirilir. Yaşayış binalarının həyətləri, giriş hissələri, lift kabinləri, pilləkən marşları, konteyner meydançaları, həyətlərdə sakinlərin daha çox istifadə etdiyi yerlərdə oturacaqlar, idman və əyləncə qurğularında, yerüstü və yeraltı parkinqlərində, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Bakı Ağ Şəhər ərazisində fəaliyyət göstərən müəssisə və ofis mərkəzlərində də qabaqlayıcı-profilaktik tədbirlər görülməkdədir.

Həmçinin hər bir sakinin şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi ilə bağlı maarifləndirici işlər də aparılır.

Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO) - Gallery Image


Etiketlər:  Bakı Şəhərdə tibbi profilaktik dezinfeksiyaedici tədbirlər gücləndirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ