Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycandakı təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi''

''Azərbaycandakı təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi''

Tarix: 29 May 2019 12:00

"Azərbaycandan təklif alanda ölkənin harada yerləşdiyi, ailəm üçün riskli olub-olmadığı haqda  maraqlandım. Nararaht idim. Amma qətiyyən elə deyil. Azərbaycandakı təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi".
 
Qol.az xəbər verir ki, bu sözləri mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Monroz deyib.

Son iki mövsümü "Qəbələ"də keçirən fransalı hücumçu "francefootball"a açıqlamasında ölkəmiz və paytaxt Bakı haqda müsbət fikirlər səsləndirib: "İki ildir heç bir problemlə qarşılaşmamışam. Bütün dinlərə hörmət edilir. Həqiqətən Bakı gözəl şəhərdir. Ölkə inkişafdadır. Qətərdə olduğu kimi, hündürmərtəbəli binalar tikilir. Futbol Avropadakı kimi inkişaf etməyib. Amma Premper Liqada klub sayının artırmaq istəyirlər. İnsanların futbola o qədər də çox baxmırlar. Lakin çoxlu azarkeşləri olan "Neftçi" və "Qarabağ" klubları var.

Monroz Avropa Liqasının finalının Bakıda təşkil edilməsinə də münasibət bildirib: “Avropa Liqasının finalının Bakıda keçirilməsinə təəccübləndim. Bakıda azarkeşlərin bu oyunu buraxmaması üçün çoxlu plakatlar var. Azərbaycan son vaxtlar futbolda da inkişaf edir. “Qarabağ” Avropa Liqasında, bir dəfə isə Çempionlar Liqasında qrupa düşüb”.

Monroz ölkəsinin mətbuatına "Qarabağ"dan və Maykl Essyenin "Səbail"də çıxış etməsindən də danışıb: “Mən Azərbaycana gedəndə orada cəmi iki fransalı futbolçu çıxış edirdi. İndi isə sayımız 8-9 nəfərdir. Əvvəl süni örtüklü meydançalar çox idi, indi daha çox təbii örtüyə üstünlük verirlər. Eyni komandalarla oynamağımız bir az darıxdırıcıdır. Futbolçular “Qarabağ”la görüşdə daha motivasiyalı olur. Amma mən bütün matçlara köklənirəm. Çünki bizə buna görə pul verirlər. “Qarabağ” kimi klublarda çıxış edən legionerlər ildə 400-600 min avro qazanırlar. Yəni Fransanın 2-ci liqasında görmədiyiniz maaşlar. Bir müddət əvvəl Maykl Essyen “Səbail”lə müqavilə imzalayıb. Onun keçidi barədə çox yazıldı. Lakin o qədər də çox şans qazanmır. Məncə, hələ fiziki cəhətdən hazır deyil. Lakin onun bir illik müqaviləsi qalıb”.

 


Etiketlər:  Azərbaycandakı təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ