Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 22:14
Almaniya Futbol İttifaqı ölkə kubokunun yarımfinal matçlarını təxirə salıb.
Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. "Bavariya" - "Ayntraxt", "Saarbryukken" - "Bayer" görüşləri müvafiq olaraq 21 və 22 aprel tarixlərində keçirilməli idi. Ancaq koronavirus pandemiyası səbəbindən 1 və 2-ci bundesliqa kimi kubok oyunları da təxirə salınıb.
Yarımfinal yeni tarixi ölkədəki vəziyyətdən asılı olaraq təyin ediləcək.
Xatırladaq ki, Almaniya 1 və 2-ci liqası koronavirus səbəbindən aprelin 30-a kimi dayandırılıb.