Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 15:02
Əslində, biz hər gün bu cür çağırışları, bu cür ifadələri eşidirik. Amma, gəl ki, buna məhəl qoyan, buna əməl edən vətəndaşlarımız, demək olar ki, kifayət qədər azdır. Və böyük əksəriyyəti bu virusun yarada biləcəyi fəadlardan xəbərsizdir.
Sonxeber.net bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Polisin xəbərdarlığına məhəl qoymayan sakin: "Mən özümə lazım olanı hamıdan yaxşı bilirəm. Virusdan da xəbərdaram".
Bəli, əksəriyyətinin özünə görə arqumenti, bəhanəsi var. Günlərdir mövcud qərarın icrasını həyata keçirən polis, hər gün onlarla, yüzlərlə belə cavab alır. Hətta təndiq və təhqir olunduqları məqamlar da olur.
Vasif Cavadov - Polis əməkdaşı: "Söhbət aparan zaman vətəndaşlar bizə aqressiv cavab verir. Çağırışlarımıza məhəl qoymurlar. Bizdə planşetlər var, onların yaşlarını müəyyən edə bilirik".
Atası, babası ahıl olan şəxslər sosial şəbəkələrdə öz yaxınlarını evdə saxlamaqda çətinlik çəkdiklərini yazırlar. İctimai qınaq, ailədaxili gileylər belə, bəzilərinə təsir etmir. Amma dünyanın əksər ölkələrində isə daha sərt cəzalar mövcuddur. Məsələn, Hindistanda karantin qaydalarını pozan şəxsləri polislər dəyənəklə cəzalandırırlar.
Qaydalara əməl etməyənləri həbslər və böyük məbləğdə cərimələr tətbiq edilir. Amma indiki halda bizdə belə sərt tədbirlər mövcudd deyil.
Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Heç bir cəza tədbiri nəzərdə tutulmayıb.Yalınız bir halda, polisin qanuni əmirinə, tələblərinə məhəl qoymayan şəxslər barəsində müvafiq qaydada inzibati cərimə nəzərdə tutulur".
Cəzadan da, cərimədən də, çəkinməkdənsə, yaxşı olar ki, yoluxmadan və yoluxdurmaqdan ehtiyat edək. Bu təkcə bir nəfərin yox, onlarla, yüzlərlə insanın sağlamlığı üçün vacibdir.