Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 08:52
İtaliyanın "Yuventus" futbol klubunun rəhbərliyi oyunçular və məşqçilər ilə koronavirus pandemiyası zamanı maaşların azaldılması üzrə razılığa gəlib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.
Futbolçuların illik maaşı 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün ümumi ödənişlərə bərabər olan məbləğə endiriləcək. Razılaşma nəticəsində "Yuventus" 2019/20 mövsümündə təxminən 90 milyon avro qənaət edəcək.
Bildirilir ki, mövsümün başa vurulduğu və ya bərpa olunduğu təqdirdə klub və oyunçular razılaşmanı yenidən nəzərdən keçirəcəklər: "Yuventus" oyunçulara və məşqçilərə hamı üçün çətin zamanda anlayışa görə təşəkkürünü bildirir".
Qeyd edək ki, İtaliya Çempionatı koronavirus pandemiyası səbəbilə mayın 3-dək dayandırılıb.