Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” və “LG” zavodları bağlanır

“Samsung” və “LG” zavodları bağlanır

Tarix: 29 Mart 2020 14:03

Cənubi Koreyanın "Samsung" və "LG" elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması fonunda bütün dünyada müəssisələrinin fəaliyyətini dayandırır. Bu barədə "The Korea Herald" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, məlumata görə, "Samsung Electronics" şirkətinin Braziliyanın cənub-şərqində San-Paulu ştatının Kampinas şəhərində yerləşən istehlak elektronikasının buraxılışı üzrə zavodun fəaliyyəti ikihəftəlik (martın 30-dan aprelin 12-dək) dayandırılır.

 

Bir müddət əvvəl infeksiya səbəbindən "Samsung"un Braziliyanın şimalında Amazonas ştatının Manaus şəhərində smartfonların buraxılışı üzrə müəssisəsi bağlanıb. Bu zavod da aprelin 12-dək işləməyəcək.

 

Bundan başqa, "Samsung" martın 24-dən Braziliyada mağazaları bağlayıb və əməkdaşlara evdən işləməyi tövsiyə edib. Cənubi Koreya istehsalçısının Braziliyada ümumilikdə 300 ticarət nöqtəsi və 17 müştəri xidməti mərkəzi fəaliyyət göstərir.

 

Həmçinin bir müddət əvvəl "Samsung" Slovakiyadakı zavodu, ABŞ və Kanadada isə mağazaları bağlayıb.

 

"LG Electronics" şirkəti də ABŞ-da analoji tədbirlər görür. Martın 27-də şirkət aprelin 12-dək paltaryuyan maşınların buraxılışı üzrə zavodun fəaliyyətinin dayandırıldığını açıqlayıb. Söhbət ayda 100 min paltaryuyan maşın istehsal edən və 600 işçinin çalışdığı Tenessi ştatının Klarksvill şəhərində yerləşən müəssisədən gedir.

 

Bundan əlavə, "LG" bu yaxınlarda Hindistan hakimiyyətinin koronavirusla bağlı müvafiq sərəncamlarından sonra ölkədəki fabrikləri bağlayıb.

 

"Juniper Research" analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə elektronika istehsalçılarının pandemiya səbəbindən itkiləri 42 milyard dollar təşkil edəcək.

 

Nizam Nuriyev




Etiketlər:  Samsung zavodları bağlanır


RƏYLƏR