Tarix: 29 Mart 2020 21:32
İtaliya millisinin sabiq üzvü Adrea Pirlo “Yuventus”la bağlı verilən suala maraqlı cavab verib.
Qol.az xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi İnstagram hesabında canlı yayımda olarkən izləyicilərindən biri ona “Yuvemtus”a qayıdıb-qayıtmayacağı ilə bağlı sual verib.
“Maestro” “Yuventus”un U-23 komandasını çalışdıracağınız doğrudurmu” sualına zarafatla cavab verib:
“Açığı, çox təkifim var. Hər ən ölkə xaricindən zəng edə bilərlər. “Barselona” məni gözləyir. Bir çox təkif almışam, ancaq ilk seçimdə səhv etməmək önəmlidir” – deyə o qeyd edib.
Qeyd edək ki, futbolçu karyerasını 2018-ci ildə bitirən Pirlonun sabiq klubu “Yuventus”da çalışacağı haqda xəbərlər yayılmaqdadır.