Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ

Tarix: 29 Mart 2020 23:36

Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar bərbərxana, gözəllik salonlarının da fəaliyyəti dayandırılıb.

Sonxeber.net xəbər verir ki, bunu "qafqazinfo"ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bundan başqa, avtomobil təmiri sexləri, oyun salonları və digər əhaliyə yerində xidmət göstərən obyektlərin də fəaliyyəti məhdudlaşdırılıb.

E.Hacıyev əhalidən tətbiq olunan qaydalara əməl etməyi xahiş edib. O, xüsusi karantin rejimi qaydalarını pozanların qanunvericiliyə uyğun cəzalandırılacağını bildirib.

Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.


Etiketlər:  Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar bağlandı RƏSMİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ