Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Finalların azarkeşsiz oynanmasını istəmirəm'' - Çeferin

''Finalların azarkeşsiz oynanmasını istəmirəm'' - Çeferin

Tarix: 30 Mart 2020 03:32

UEFA prezidenti Aleksander Çeferin koronavirus üzündən dayanan avrokubokların taleyi ilə bağlı danışıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, qurum rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini bildirib:

"Bütün oyunların azarkeşsiz keçiriləcəyini təsəvvür etmək çətindi. Ancaq indiki vaxtda görüşləri tamaşaçı ilə davam etdirə bilmərik. Hər halda çempionatları bitirmək daha yaxşıdır. Bunun üçün çalışırıq. Amma etiraf edim ki, avrokubok finallarının azarkeşsiz oynanmasını istəmirəm".

Qeyd edək ki, Çempionlar Liqası və Avroliqa qarşılaşmaları irəli bir tarixədək təxirə salınıb.


Etiketlər:  Finalların azarkeşsiz oynanmasını istəmirəm Çeferin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ