Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 11:57
Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisinin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Nizamnaməyə yeni əlavənin edilməsi təklif edilir. Əlavədə qeyd olunur: "Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir".
Təklif səsə qoyularaq qəbul edilib.