Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Poqbaya qarşı oynamaq uşaq oyuncağıdır"

Tarix: 30 Mart 2020 13:00

"Liverpul"un əfsanəvi oyunçularından olan Qrem Suness "Mançester Yunayted"in yarımmüdafiəçi Pol Poqbanı tənqid edib.

Qol.az xəbər verir ki, "The Times"a danışan 66 yaşlı mütəxəssis deyib:

"Poqba yüksək səviyyədə bir futbolçu olmaq üçün atletik keyfiyyətlərə və texnikaya sahibdir. Ancaq oyuna olan münasibəti heç düzgün deyil. Poqba meydana çıxanda ağlına "bu gün necə ağıllı oyunçu olduğumu göstərməliyəm, bir ulduz  olduğumu sübut etməliyəm" kimi düşüncələri olur. Ona qarşı oynamaq uşaq oyuncağıdır".

 


Etiketlər:  Poqbaya qarşı oynamaq uşaq oyuncağıdır


RƏYLƏR