Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-nın növbəti iclasının vaxtı açıqlandı - Nələr müzakirə olunacaq?

UEFA-nın növbəti iclasının vaxtı açıqlandı - Nələr müzakirə olunacaq?

Tarix: 30 Mart 2020 18:46

UEFA-nın növbəti videokonfransının vaxtı müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Aprelin 1-də günorta saatlarında UEFA-nın quruma üzv olan 55 assossiasiyanın baş katibi ilə videobağlantı quracağı bildirilib.

Videokonfransda iki həftə əvvəl yaradılan İşçi Qrupunun fəaliyyəti, eyni zamanda koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların və avrokubokların bərpa müddəti, milli komandaların yeni təqvim məsələsi, oyunçu müqavilələri və transfer sistemi müzakirə olunacaq.
 


Etiketlər:  UEFA nın növbəti iclasının vaxtı açıqlandı Nələr müzakirə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ