Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 20:50
Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb, müşahidə məntəqələri, səngər və əlaqə yolları çətin şəraitə uyğunlaşdırılıb.
Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı vacib amil olduğundan bölmələrin tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür. Bütün bunlar da döyüş növbətçiliyinin uğurlu təşkilinə müsbət təsir göstərir.
Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə keçirilən məşğələlər zamanı şəxsi heyətə müxtəlif silah, texnika və qurğuların taktiki-texniki xüsusiyyətləri öyrədilir, ərazinin relyef və iqlimi haqqında məlumat verilir, eləcə də təhlükəsizlik qaydaları çatdırılır.
Bu gün Azərbaycan əsgəri peşəkar döyüşçü kimi Hərbi Andın və nizamnamələrin tələblərinə əməl edir, dövlətin qayğısını hər zaman üzərində hiss edərək və xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır.
Sabitlik şəraitində yaşayan xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir.