Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir futbolçu koronavirusa görə Türkiyəni tərk etdi

Daha bir futbolçu koronavirusa görə Türkiyəni tərk etdi

Tarix: 31 Mart 2020 00:18

Türkiyənin "Dənizlispor" klubunun futbolçusu Modu Berrou komandanın düşərgəsini icazəsiz tərk edib.

Qol.az "Hürriyət"ə istinadən xəbər verir ki, qambiyalı hücumçu koronavirus pandemiyası ilə bağlı ailəsinin yanında olmaq üçün vətəninə gedib.

Bildirilir ki, 28 yaşlı forvard maaşını ala bilmədiyi üçün daha əvvəl 2 dəfə komandadan ayrılmaq istəsə də, klub buna razı olmayıb.

Xatırladaq ki, dünən “Konyaspor” klubu slovakiyalı futbolçusu Robert Makla eyni səbəbdən yolları ayırıb.

 


Etiketlər:  Daha futbolçu koronavirusa görə Türkiyəni tərk etdi


RƏYLƏR