Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 04:04
Bakı. Trend:
Ötən sutka ərzində Fransada yeni növ koronavirusdan (COVİD-19) 418 nəfər dünyasını dəyişib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransında ölkənin səhiyyə idarəsinin baş direktoru Jerom Salomon deyib.
J.Salomon bildirib: "Martın 1-dən 3024 ölüm halı qeydə alınıb, 418 nəfər ötən sutka ərzində ölüb".
Onun sözlərinə görə, 21 mindən artıq koronavirusa yoluxan xəstəxanaya yerləşdirilib, onlardan 5 mindən artığı reanimasiya şöbəsindədir: "Onların vəziyyəti ağırdır".
Baş direktor qeyd edib ki, epidemiya başlayan zamandan Fransada koronavirusa ümumilikdə 44 550 nəfər yoluxub.