Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

OnePlus X büdcəli smartfonun yeni versiyası gəlir

OnePlus X büdcəli smartfonun yeni versiyası gəlir

Tarix: 31 Mart 2020 07:04

2015-ci ildə OnePlus şirkəti 5 düym ekrana və orta səviyyəli texniki özəlliklərə sahib OnePlus X adlı kompakt smartfon modelini təqdim etmişdi. Həmin smartfonun qiyməti 270 avro təşkil edirdi. İndi isə insayderlər qeyd ediblər ki, şirkət OnePlus X modelinin yeni versiyasını təqdim etməyə hazırlaşır. Bu barədə 9to5google saytı xəbər verib.

Görünür, OnePlus şirkəti bu il bizləri OnePlus 8 və OnePlus 8 Pro smartfon modelləri ilə yanaşı həmçinin orta büdcəli smartfonla da sevindirəcək. XDA-Developers saytının baş redaktoru olan Max Weinbach-ın sözlərinə əsasən şirkət OnePlus X smartfonunu digər ad altında yeniləyəcək. Çox güman ki, söhbət, OnePlus 8 Lite smartfon modelindən gedir.

Lakin şirkətin orta büdcəli smartfonunun adı hələ təsdiqlənməyib. Son məlumat sızıntılarına əsasən OnePlus 8 Lite smartfonu Full HD+ keyfiyyətli AMOLED ekran, MediaTek Dimensity 1000 prosessoru və üçlü arxa kamera ilə təchiz olunacaq. OnePlus 8 və OnePlus 8 Pro smartfonlarının 15 aprel tarixində təqdim olunacaqları gözlənilir. Lakin Lite versiyanın təqdimatını bir neçə ay gözləmək lazım gələcək. Belə ki. məlumata əsasən o, iyul ayında təqdim olunacaq.

Milli.Az


Etiketlər:  OnePlus X büdcəli smartfonun yeni versiyası gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ