Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 16:06
"Sampdoria"nın futbolçusu Manolo Qabbyadini bir müddət öncə yoluxduğu koronavirus xəstəliyinə qalib gəlib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə italiyalı hücumçu yerli mətbuata açıqlamasında bildirib.
29 yaşlı forvardın sözlərinə görə, xəstəliyi yüngül formada keçirib: "Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı. Amma qaydalara görə, xəstəliyə qalib gəldiyimə tam əmin olmaq üçün daha bir sutka gözləməli, bundan sonra isə növbəti dəfə analiz verməliyəm".
Qeyd edək ki, Manolo Qabbyadini "Sampdoria"da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra daha 6 komanda yoldaşında virusun simptomları aşkarlanıb.