Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pley-off oyunlarının yeni vaxtı müəyyənləşdi - Millətlər Liqası

Pley-off oyunlarının yeni vaxtı müəyyənləşdi -  Millətlər Liqası

Tarix: 1 Aprel 2020 17:08

UEFA Millətlər Liqasının pley-off oyunları növbəti dəfə təxirə salınıb.

Qol.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UEFA-nın bugünkü videokonfransında qərar verilib.

Yarımfinallar iyunun 4-dən sentyabrın 3-nə, finallar isə iyunun 9-dan sentyabrın 8-nə keçirilib.

Qeyd edək ki, UEFA daha öncə 26 - 31 martda keçirilməli olan bu görüşləri təxirə salmışdı.

Millətlər Liqasında ikinci mövsümün nəzərdə tutulduğu kimi sentyabrda başlanması planlaşdırılır. Pley-offda iştirak edənlər isə, daha sonra yarışa qatılacaq.

A Liqası

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B Liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C Liqası

Şotlandiya - İsrail

Norveç - Serbiya

D Liqası

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Xatırladaq ki, bu oyunlardan sonra Avro-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq.

 


Etiketlər:  Pley off oyunlarının yeni vaxtı müəyyənləşdi Millətlər Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ