Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin sabiq üzvləri həbsdən ev dustaqlığına buraxıldı

Millimizin sabiq üzvləri həbsdən ev dustaqlığına buraxıldı

Tarix: 1 Aprel 2020 17:40

Danışılmış oyunlarda ittiham olunan Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyev həbsxanadan ev dustaqlığına buraxılıb.

Qol.az xəbər verir ki, bu barədə "Report"a basketbolçunun vəkili Zaur Niftəliyev məlumat verib.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsində Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki idmançının ev dustağı olması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, idmançıların koronavirusla bağlı ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. İstintaq zamanı hər iki şəxsin danışılmış oyunlarda iştirakı aşkarlanıb.

 


Etiketlər:  Millimizin sabiq üzvləri həbsdən dustaqlığına buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ