Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA milli komandaların oyunlarını ləğv edib

UEFA milli komandaların oyunlarını ləğv edib

Tarix: 1 Aprel 2020 17:58

Milli komandaların iyun ayı üçün nəzərdə tutulan oyunları ləğv edilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı UEFA verib.

Bu gün milli assosiasiyaların baş katibləri ilə videomüşavirə keçirən qitə futbol qurumunun qərarlarından biri də yığmalarla bağlı olub. İyun ayında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşlərinin ləğvi razılaşdırılıb.

UEFA, həmçinin Çempionlar Liqası və Avropa Liqasının iyul-avqust aylarında bərpasını və final matçlarının azarkeşsiz keçirilməsini planlaşdırır.

Qeyd edək ki, Azərbaycan millisinin mart və may aylarında Lixtenşteyn, Malta və Türkiyə ilə keçirməsi nəzərdə tutulan yoldaşlıq görüşləri ləğv edilib.

Milli.Az


Etiketlər:  UEFA milli komandaların oyunlarını ləğv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ