Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxan kök model necə sağalmasından danışdı

Koronavirusa yoluxan kök model necə sağalmasından danışdı

Tarix: 1 Aprel 2020 20:36

Kök olmasına rəğmən model kimi tanınan Lidiya fon Kister Botkin xəstəxanasında müalicə alan koronaviruslu xəstələrdən olub.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, model sağaldıqdan sonra kiçik müsahibəsində virusun əlamətlərindən və nələr yaşadığından danışıb.

"Xəstəlik qrip kimi fevralın 28-i başladı. Bu ana qədər bir ay idi ki, Paris moda həftəsinə hazırlıq məşqləri edirdim.

Elə bil ki, sağaldım və Fransaya qayıtmaq üçün hazırlaşdım. Amma xəstəlik yenidən başladı, gücləndi.

Boğulmaq kimi hiss gəlirdi mənə. Çox qorxulu idi, amma özümə görə qorxmurdum. Öz-özümə dedim ki, panikaya təslim olma.

Təcili yardım gəldi, Botkin xəstəxanasında ilk dəfə koronavirus analizi verdim. Amma cavab mənfi çıxdı. Buna baxmayaraq, həkimlər virusun orqanizmdə daha bir müddət yaşadığını və əlamətləri də nəzərə alıb, mənə evdə qalmağı tapşırdı. Paris xəyallarım suya düşdü".

3 gün sonra yenidən test alınan qızda korona təsdiqlənir. Lidiya evdə tək, özünü təcrid edib qalırdı. Sonra onu xəstəxanaya götürdülər.

"Həkim və tibb bacıları diqqəti, qayğısı ilə məni sakitləşdirdi. Rentgen birbaşa palataya gətirilirdi. Sağ ağciyər payımda pnevmoniya aşkarlandı. Yaxşı nəfəs ala bilmirdim.

Mənə dedilər ki, koronavirusun 40 növü var. Məndə CL63 idi. Bu növlər arasında fərqi bilmirəm. Amma mən günün 20 saatını öskürürdüm, yata bilmirdim. Qızdırma yox idi. Amma elə bil ki, 40 dərəcə qızdırma imiş kimi halım var idi. Gözlərim yanırdı, boğazım kilidlənmişdi, səsim isə çıxmırdı. 7 gün xəstəxanada qaldım, hələ vəziyyətim tam düzəlməmiş məni evə yazdılar. Dedilər ki, müalicə nəticə verib. Amma düzü evdə də 10 gün yatdım. Ağciyərlərim hələ də ağrıyır. Həkimim dedi bu, hələ 1 ay davam edəcək".

Model hesab edir ki, xəstə həm də yaxşı qidalanmalıdır, o bu müddətdə model sənətini unudub və çox yeyib.

Eləcə də heç bir yaşlı ailə üzvü və qohumu ilə görüşməyib.

O qeyd edib ki, Rusiyada virus belə sürətlə yayılmaz. Çünki Fransa və İtaliyada şəhər siçan, siçovullarla qaynaşır və onlar da virusu yaymaqda rol oynayır.


Etiketlər:  Koronavirusa yoluxan kök model necə sağalmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ