Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatıb

Tarix: 1 Aprel 2020 23:16

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir qeyd edib ki, ümumilikdə ölənlərin sayı 277 nəfərə çatıb.

Onun sözlərinə görə, 2148 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Yoluxma halların ümumi sayı 15679-a çatıb.

Qoca bildirib ki, yoluxma halları ən çox İstanbulda, İzmir və Ankarada qeydə alınıb.


Etiketlər:  Türkiyədə koronavirusdan ölənlərin sayı 277 çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ