Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Tarix: 2 Aprel 2020 07:24

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nəhəngləri artıq "6G" texnologiyasının araşdırılması üzrə planlar qururlar. Sözügedən texnologiya o qədər sürətli olacaq ki, 4K formatında 50 filmi 1 saniyə yükləmək mümkün olacaq. "ZTE" şirkəti yeni texnologiyanın perspektivləri və tətbiq olunma müddəti haqda məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "ZTE" şirkəti altıncı nəsil şəbəkələrinə həsr edilmiş ikinci sammitin nəticələrini paylaşıb. Koronavirus epidemiyasına görə sammit onlayn formatda keçirilib. Sammitdə dövlət qurumlarının mütəxəssisləri, operator, avadanlıq istehsalçıları, elmi tədqiqat institutları, universitet və sahə üzrə təşkilatların nümayəndələri iştirak ediblər.

Növbəti nəsil simsiz rabitə texnologiyaları üzrə mütəxəssis doktor Fanq Min "6G xidmətləri üçün endogen çağırışlar və innovasiyalar" adlı hesabatla çıxış edib. Onun sözlərinə görə, "6G" şəbəkəsinin kommersiyalaşması 2030-cu ildə başlanacaq. Məlumatların ötürülmə sürətinə yüksək tələblər qoyan perspektivli texnologiya fiziki və rəqəmli dünyaları birləşdirə biləcək. Onun sözlərinə görə, "6G" texnologiyasının ən yüksək sürəti 1 TB/s və ya 8000 Qbit/s təşkil edəcək ki, bu da "5G" ilə müqayisədə 8000 dəfə çoxdur.

Milli.Az


Etiketlər:  6G mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ